Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:04

Şri Lankada müharibə zonasından qaçanlar 50 minə çatdı


Şri Lanka hərbçilərinin məlumatına görə, müharibə zonasını artıq 50 min mülki adam tərk edib.
Ölkə hərbçiləri Tamil Pələngləri adlı separatçılara sonuncu zərbəni endirməyə hazırlaşırlar. Onlar bazar ertəsi üsyançıların nəzarətində olan əraziyə gedən əsas yola çıxandan , mülki əhali bu zonanı tərk etməyə başlayıb.

Tamil Pələngləri hərbçiləri ittiham eləyirlər ki, fərq qoymadan dinc əhalini qovurlar, hərbçilər isə cavab verirlər ki, onlar əksinə, bunun qabağını almağa çalışırlar.
Tamil Pələngləri 20 ildir ki, Şri Lankanın şimalında tamil azlığının dövlətini yaratmaq istəyir.
XS
SM
MD
LG