Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:25

ABŞ Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndə təyin edib


ABŞ Dövlət katibi Hillari Klinton Riçard Moninqstarı Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndə təyin edib.

Morninqstar Rusiya və Ukrayna, eləcə də Türkiyə, Mərkəzi Asiya və Qafqaz da daxil olmaqla, Avropada enerji məsələləri ilə məşğul olacaq. O, Dövlət katibinə regionda enerji strukturunun inkişafı, enerji mənbələrinin tranziti və bölüşdürülməsi məsələləri ilə bağlı tövsiyələr verəcək.

Riçard Morninqstar Bil Klintonun ikinci dönəm prezidentliyi dövründə Avropa Birliyində səfir olub. O, MDB üzrə prezident və dövlət katibinin müşaviri vəzifəsini icra edib.

İxtisasca hüquqşünas olan Morninqstar Harvard Universitetinin Kennedi adına Hökumət məktəbində ictimai siyasət kursu üzrdə dərs deyib.
XS
SM
MD
LG