Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Obama Mərkəzi Kəşfiyyat İdarəsini dəstəklədiyini deyib


Amerika prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsinə dəstəyini açıqlayıb. Bundan öncə kəşfiyyat idarəsi prezident Corc Buş dövründə terrorda şübhəlilərin dindirilməsi üçün «sərt metodlardan» istifadə olunması barədə məlumatları ictimailəşdirib. Məlumatlar Obamanın göstərişi ilə açıqlanıb.

İdarənin Vaşinqton yaxınlığında yerləşən qərargahına baş çəkən Obama agentlik üçün son günlərin çətin olduğunu etiraf edib. Bununla belə, Mərkəzi Kəşfiyyat İdarəsinin Əl-Qaidə terror şəbəkəsi ilə mübarizə apararaq dəyərli iş gördüyünü vurğulayıb.

B. Obama sərt dindirilmə üsullarını qadağan etsə də, xüsusi xidmət orqanı əməkdaşlarının bundan ötrü məsuliyyətə cəlb olunmayacağını açıqlayıb.
XS
SM
MD
LG