Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:35

Rusiyanın NATO ilə danışıqlardan çəkilməsi arzuolunmazdır


Rusiyanın NATO ilə danışıqlardan imtinası arzuolunmaz olardı. ABŞ Dövlət Departamentinin sözçüsü Robert Wud Rusiyanın NATO ilə danışıqlardan çəkiləcəyi ilə bağlı xəbərdarlığını şərh edəndə belə deyib. Vud əlavə eləyib ki, hələ ki, Rusiya tərəfinin bu addımı atacağıyla bağlı rəsmi şəkildə məlumatlandırılmayıblar.

Aprelin 20-də Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Raqozin xəbərdarlıq eləyib ki, əgər Alyans Gürcüstandakı təlimlərini təxirə salmasa Moskva mayın 7-nə planlaşdırılan Silahlı qüvvələrin rəhbərlərinin məsələhətləşməliri ləğv eləyəcək.

NATO mayın 6-dan iyunun 1-nə qədər Gürcüstanda hərbi təlimlər keçirməyi planlaşdırır. Rusiya isə Tbilisi yaxınlığındakı bu təlimləri təxirə salmağa və ya ləğv eləmə çağırır.

NATO daha öncə bildirmişdi ki, Rusiyanın 19 ölkədən cəmi 1300 əsgərin qatılacağı təlimlərlə bağlı narahatlığını başa düşmür. Bu üzdən təlimlər planlaşdırldığı vaxtda keçiriləcək.
XS
SM
MD
LG