Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

ABŞ və Avropa Birliyi İranı jurnalisti tezliklə azad eləmə çağırıb


ABŞ-ın dövlət Katibi Hillari Klinton İranı həbs elədiyi jurnalist Roxana Saberini ən qısa zamanda azad eləməyə çağırıb. Eyni gündə Avropa Birliyi də oxşar bəyanatla çıxış eləyib.

Həm İran, həm də ABŞ vətəndaşlığı olan Roxana Saberiyə aprelin 8-da Amerikaya casusluq ittihamıyla 8 il həbs cəzası veriblər.

Bu gün daha öncə İranın Ədliyyə naziri Ayətulla Mahmud Haşemi Şahrudi həbs olunan amerikalı jurnalstin işinin “ədalətli, tərəfsiz və təcili” apelyasiya araşdırmasını təmin eləməyi tapşırmışdı.

Bazar günü isə İran prezidenti Mahmud Əhmədinejat ölkəsinin ədliyyə sitemini Saberinin özünümüdafiə hüququnun yetərincə təmin olunmasına şərait yaratmağa çağırmışdı.

ABŞ-ın Milli İctimai Radiosu, Fox Nyus və BBC ilə əməkdaşlıq eləyən Saberi 2009-cu ilin yanvarından həbsdə saxlanılır. Daha öncə onu alkoqollu içki almaqda ittiham eləmişdilər. Bu isə İranda qadağan olunub.
XS
SM
MD
LG