Aprelin 20-də Cenevrədə başlayan BMT-nin irqçilik əleyhinə konfransını bəzi ölkələr boykot edib. Boykot edənlər ABŞ, İsrail, Avstraliya, İtaliya və Almaniyadır. Səbəb kimi də konfransda İran prezidentinin İsrail əleyhinə ehtimal olunan çıxışı və konfransın yekun bəyanatının mətni ilə razılaşmamaları göstərilir.
İran prezidenti Mahmud Əhmədinejad bu cür beynəlxalq tədbirləri adətən özünün İsrailə ittihamları üçün bir fürsət bilir. İran prezidenti budəfəki konfransdan da öz məqsədi üçün istifadə edərək İsraili irqçi dövlət adlandırıb. Konfransda iştirak edən Qərb ölkələrinin nümayəndələri Əhmədinejadın bu çıxışına etiraz edərək konfransı tərk ediblər.
Əhmədinejad bundan əvvəlki çıxışlarında yəhudilərin soyqırımını – Holokostu İsrailin uydurması adlandıraraq, bu ölkənin Avropaya, ya da Alyaskaya köçürülməli olduğunu demişdi.
İsrail də İran nümayəndələrinin konfransa qatılmağına etiraz edərək İsveçrədəki səfirini geri çağırıb. Rəsmi məlumatda səfirin məsləhətləşmələr üçün çağırıldığı bildirilir.
Konfransda çıxış edən BMT-nin Baş katibi Ban ki-Mun bir çox böyük dövlətin konfransda iştirak etməməsindən məyus olduğunu deyib. Baş katib çıxışında irqçiliyi insanlığın üzləşdiyi ən ciddi problemlərdən biri adlandırıb:
- İrqçilik insan haqlarını inkar edir, həm də ehtimal ki, təşkilatlanmış formada, Holokostun bizə daimi xatırladacağı şəkildə. O, insanlara, siniflərə nifrət, anti-semitizm və ən yeni formada – islamafobiya şəklində zühur edir.
Boykotçular həm də konfransın sonunda elan ediləcək bəyannamənin layihəsinə etiraz edirlər. Həmin sənəddə göstərilir ki, islama və İsrailə qarşı bütün tənqidlər qadağan edilməlidir.
Tənqidçilər hesab edirlər ki, əslində bu sənəd İsrailin tənqid olunmasına yönəlib və bəzi müsəlman ölkələri bundan istifadə edərək ümumiyyətlə islamın tənqidinə qadağa qoya bilərlər. Bunun həm də fikrin azad ifadə edilməsinə zərbə vuracağını düşünənlər çoxdur.
Ancaq «Human Rights Watch»un nümayəndəsi Julie De Rivero əksinə, irqçilik əleyhinə güclü bir sənəd olan bəyannamə layihəsinin söz azadlığını gücləndirdiyini deyir:
- Bu sənəd beynəlxalq normalardan kənar deyil. Orda qeyd edilir ki, nifrətə təhrikçilik zorakılığa gətirib çıxarır. Bu məqam beynəlxalq insan haqları normalarının bir hissəsidir və konfransın boykot edilməsinə səbəb ola bilməz.
BMT bu konfransla həm də 2001-ci ildə Cənubi Afrikada keçirilən irqçilik mövzusunda sammitin yaratdığı fikir ayrılıqlarını aradan qaldırmağa çalışır. O zaman konfransda iştirak edən müsəlman dövlətləri sionizmi irqçilik kimi qitmətləndirmişdi. Buna etiraz edən ABŞ və İsrail konfransı tərk etmişdi.
Amma həmin sammitin yekununda qəbul edilən bəyannamədə İsrail və irqçilik barədə heç bir söz qeyd edilməmişdi.