Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:10

Arif Yunus: «Heydər Əliyev İstanbula gedərdi»


«Ölkə rəhbəri başa düşməlidir ki, geosiyasi oyun gedən zaman hər kəsin imkanları olur»
«Ölkə rəhbəri başa düşməlidir ki, geosiyasi oyun gedən zaman hər kəsin imkanları olur»
«Azərbaycanın xarici siyasəti olsaydı, belə səhvlərə yol verməzdik. Biz sanki küsmüş uşağa bənzəyirik».

Politoloq Arif Yunus «Azadlıq» radiosunun «İşdən sonra» proqramında belə deyib. O, prezident İlham Əliyevin İstanbuldakı beynəlxalq konfransa qatılmamasına toxunaraq bildirir ki, geosiyasi oyun gedən zaman hər kəsin imkanları yaranır:

«Məsələn, Heydər Əliyev İstanbula gedərdi, kiminlə lazımdı görüşərdi, öz sözünü, sərt də olsa deyərdi. Buna deyərdim demarş. Siyasətçi özünü ayrı cür aparmalıdır. Ölkə rəhbəri başa düşməlidir ki, geosiyasi oyun gedən zaman hər kəsin imkanları olur. Bunlar ya geniş olur, ya da dar. Bu, dövlətdən asılıdır. Azərbaycan kimi kiçik dövlət üçün imkanlar o qədər də geniş deyil. Burda isə şəxsiyyətin rolu önə çıxır. Onlardan çox şey asılıdır. Heydər Əliyev bunu dəfələrlə göstərib. O bacarırdı».

Milli Məclis üzvləri və ictimai xadimlərin Türkiyəyə səfərlərinə toxunan A.Yunus hesab edir ki, belə görüşləri keçirmək olar, lakin onların ciddi təsirləri olmayacaq. Ümumiyyətlə isə, belə görüşləri ciddi qəbul etməyə dəyməz.
XS
SM
MD
LG