Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:19

Qırğızıstanda müxalifət prezidentliyə vahid namizəd irəli sürdü


Aprelin 20-də Qırğızıstan müxalifəti prezidentliyə vahid namizədini açıqlayıb.

İyulun 23-dəki seçkilərdə indiki prezident Kurmanbek Bakiyevə qarşı Sosial Demokrat Partiyasının lideri Almazbek Atambayev mübarizə aparacaq.
Atanbayev əvvəllər Bakiyevin müttəfiqi olub, 2007-ci ildə 9 ay Bakiyev hökumətinin baş naziri vəzifəsini icra eləyib.

Atambayev namizədliyini açıqlayanda bildirib ki, indiki hakimiyyətin bu seçkini də saxtalaşdıracağına əmindir.

Qırğızıstan müxalifət partiyaları vahid namizəd irəli sürməklə indiki prezidentə qarşı daha çox şanslarının olacağına inanırlar.
XS
SM
MD
LG