Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:15

BAEA İranı ABŞ-ın təklifini qəbul etməyə çağırıb


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl Baradey İranı Obama administrasiyasının danışıqlara başlama təklifinə müsbət cavab verməyə çağırıb. O bildirib ki, bu məsələdə ABŞ-ın yanaşmasını dəstəkləyir.

Baradey nüvə programına, əsasən də uranın zənginləşdirilməsinə görə İranla mübarizə aparır. İran bildirir ki, onun nüvə proqramı dinc xarakterlidir.

Bu ayın əvvəli ABŞ, Çin, Rusiya, Fransa, Almaniya və Böyük Britaniya bildiriblər ki, onlar Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Havier Soladan İranı diplomatik həllə dəvət etməyi xahiş edəcəklər.

XS
SM
MD
LG