Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Salyanda Kür çayının məcrası dəyişdirilə bilər


Salyan rayonu ərazisində Kür çayının istiqamətinin dəyişdirilməsi ilə bağlı hazırlıq işləri aparılır. Bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Cəmiyyətin sədri Əhməd Əhmədzadə jurnalistlərə deyib. Cənab Əhmədzadənin sözlərinə gərə, hər il Kür çayının daşması nəticəsində rayona xeyli ziyan dəydiyindən bu layihəni həyata keçirməklə ilbəil baş verən təhlükəni aradan qaldırmaq istəyirlər. Əhməd Əhmədzadənin sözlərinə görə, hazırda Kür çayı rayonun ətrafına dolanaraq keçirsə yeni layihəyə görə, çay düz xətt boyunca axacaq.


Bir qədər əvvəl Salyan rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynov «Azadlıq» radiosuna bildirmişdi ki, Kür çayında daşqınların qarşısının alınması üçün rayonun Kürsəngi kəndindən Şirvan kanalına paralel Xəzər dənizinə yeni qol çəkilməsidir. Həmin layihələrdən birinin üzərində iş getsə yerli mütəxəssislər hesab edirlər ki, problemdən ən yaxşı çıxış yolu çayın lildən təmizlənməsidir.


XS
SM
MD
LG