Bütün dünya bilir ki, Amerikalılar öz maşınlarını sevirlər. Bunun tarixi və bir çox başqa səbəbləri var. Amerikalılar həm də dünyanın ən böyük yanacaq istifadəçiləridir. Öz şose yolları, hava limanlarının ən yaxşı olması ilə qürur duyan ABŞ şəhərlərarası qatar sistemi zəif olan ölkədir. Ölkədə cəmi bir sürət qatarı var.
Lakin Obama bunu dəyişdirmək istəyir. O, keçən həftə ölkənin 10 regionunda yüksək sürətli sərnişin qatarı məsələlərini müzakirə edib. Bu qatarlar Florida çimərliklərindən Şimali Kaliforniya dağlarına qədər uzanacaq.
Obama deyib ki, dünyanın inkişaf etmiş ölkələrində qatarlar sürətli olmaqdan başqa ucuz nəqliyyat vasitəsidir və eyni zamanda istilik qazlarını azaldır və yeni iş yerlərinin yaranması deməkdir.
Amerikalılar bu xəbərə hələ ki reaksiya verməyiblər. Bəlkə də ona görə ki, bu hələ müzakirə olunur. Amma onlar öz maşınlarını yəqin ki, həmişə sevəcəklər. Lakin Vaşinqton ümid edir ki, o, öz vətəndaşlarında qatarlara sevgini də oyada biləcək.