Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:45

Barak Obama jurnalisit Roksana Sabirinin həbsindən məyus olub


ABŞ prezidenti Barak Obama iran-amerikalı jurnalist Roksana Sabirinin həbsindən məyus olub.

Tehran məhkəməsi dünən Sabirini casusluqda günahlandıraraq 8 il azadlıqdan məhrum edib.
Sabiri ittihamı rədd edir.

O ilkin olaraq İranda icazəsiz fəaliyyət göstərməkdə ittiham olunurdu.

Sabirinin atası deyir ki, əgər hökmə yenidən baxılmasa qızı aclıq aksiyasına başlaya bilər.

Amerikada doğulmuş 31 yaşlı Sabiri 6 ildi ki, İranda yaşayır.

O Amerikadakı Milli İctimai Radio da daxil olmaqla bir neçə media təşkilatının ştatdankənar müxbiridir.

Sabirinin vəkili appelyasiya məhkəməsinə şikayət edəcəyini deyir.
XS
SM
MD
LG