Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:57

ABŞ-Venesuela münasibətləri istilıəşir


Latın Amerikası ölkələri liderlərinin Trinidad və Tobaqoda keçirilən sammiti sona yetir.

Amerikanın sərt tənqidçilərindən olan Venesuela prezidenti Uqo Çaves dünən deyib ki, ölkənin Amerikadakı səfiri yaxın zamanlarda Vaşinqtona dönə bilər.

Venesuela ötən ilin sentyabrında Boliviya ətrafındakı diplomatik qalmaqalda bu ölkəyə həmrəylik nümayiş etirmək üçün Amerikadakı səfirini geri çağırıb, öz növbəsində Birləşmiş Ştatlar buna müvafiq cavab verib.

Uqo Çaves dünən sammit çərçivəsində ABŞ dövlət katibi Hillari Klintonla iki ölkə arasında diplomatik münasibətlərin bərpasını müzakirə edib, habelə digər Amerika rəsmilərilə görüşüb.

Bunlar ABŞ prezidenti Barak Obamamanın dünən sammitdə Uqo Çaveslə əl-ələ görüşməsindən sonra baş verib.

Barak Obama dünən sammitdə Kuba da daxil olmaqla Amerika ölkələrini bərabər hüquqlu tərəfdaşlığa çağırıb.
XS
SM
MD
LG