Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:56

Tələbələrin aclıq aksiyası davam edir


İyunun 15-də Müstəqil Azərbaycan Universitetinin aclıq edən tələbələrindən daha birinin - Süleymanov Vüqarın səhhəti pisləşib. Hazırda 40-dək tələbə aclığı davam etdirir. 3-cü kurs tələbəsi Xalid Qarayevin sözlərinə görə, bu gün onlar həyatları bahasına olsa da tələbləri həyata keçirilməyənə qədər aksiyanı dayandırmamaq qərarına gəliblər.


Təhsil Nazirliyi qanunsuz tələbə qəbul etmək ittihamı ilə Müstəqil Azərbaycan Universitetinin lisenziyasını ləğv etdikdən sonra həmin ali məktəbin bir qrup tələbəsi başqa universitetlərə bərpa olunmaq tələbilə iyunun 1-dən aclıq aksiyası keçirir.


XS
SM
MD
LG