Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 18:26

132 saylı məktəb sökülür


132 saylı orta məktəb
132 saylı orta məktəb
Bakı şəhər İcra Hakimiyyəti ilə üzbəüz yerləşən məktəblər söküləcək.

Bu barədə «Azadlıq» radiosunun əməkdaşına həmin ərazini hasarlayan fəhlələrdən biri məlumat verib.

Artıq bir neçə gündür ki, meriyanın qarşısındakı 132 saylı orta məktəb və Beynəlxalq Təhsil Kompleksindən «AzEvroTel»in binasına qədər olan ərazi hasarlanır.

Bir müddət əvvəl «Turan Energy» məcmuəsinin baş redaktoru İlham Şaban demişdi ki, şəhərin mərkəzində yerləşən məktəblər və «AzEvroTel»in binası söküləcək və yerlərində park salınacaq.

İ. Şaban eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinin yeni binaya köçəcəyini, universitetin binasının isə Prezident Administrasiyasının balansına veriləcəyini bildirir.

Bakı şəhər İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı.
XS
SM
MD
LG