Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

President Pravoslavların Pasxa bayramını təbrik edib


Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir ki, «Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq mühiti, etnik-mədəni müxtəliflik, xalqlar arasında mehriban dostluq və qardaşlıq münasibətləri cəmiyyətdə mütərəqqi əxlaqi-mənəvi dəyərlər sistemini formalaşdırıb və bu üstün keyfiyyətlər ictimai-siyasi həyatın aparıcı normasına çevrilib».

«Pasxa» sözü yunan dilindən tərcümədə «qurtuluş», «azad olma» mənasını verir. Pasxa xristianlığın ilk vaxtlarından qeyd olunur. Bayramın əsas şərtlərindən biri kimi mömin xristianlar kilsəyə toplaşır, dualar oxuyurlar.

Pasxada kimsəsizləri, imkansızları sevindirmək bayramın vacib elementlərindən sayılır.

XS
SM
MD
LG