Keçid linkləri

2026, 11 Oktyabr, bazar, Bakı vaxtı 13:03

Azərbaycan-Gürcüstan sərhəddində zəlzələ olub

Bu gün səhər saat 08:32 radələrində Azərbaycan-Gürcüstan sərhəddində zəlzələ olub.

Respublika seysmoloji xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişlinin ANS-ə verdiyi məlumata görə, yeraltı təkanların gücü Rixter cədvəlinə görə 3 bal olub.

Zəlzələ Balakəndə 3 bala qədər, Zaqatalada isə, 2,5 bal gücündə hiss olunub.

Tələfat və dağıntı qeydə alınmayıb.
XS
SM
MD
LG