Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

«Baku Steel Company»də vergi yoxlamalarına başlanılıb


Müəssisədə 1 700-dən artıq işçi çalışır.
Müəssisədə 1 700-dən artıq işçi çalışır.
«Baku Steel Company» şirkətinin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov «APA»ya deyib ki, müəssisənin fəaliyyətinin bu il aprelin 20-də bərpa olunması nəzərdə tutulub:

«Lakin hazırda müəssisədə vergi yoxlamaları aparılır. Yoxlamalar başa çatandan sonra zavod fəaliyyətə başlayacaq. Müəssisənin işə başlaması yoxlamaların nə vaxt başa çatmasından asılıdır».

N. Əhmədov bildirib ki, bundan əvvəl zavodda istehsalat dayandırılıb. Bu da xammalın qıtlığı, tələbatın və müvafiq olaraq satışın azalması ilə bağlı olub.

«Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.

Müəssisədə 1 700-dən artıq işçi çalışır.
XS
SM
MD
LG