Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 05:03

«Kommersant» qəzeti: «Rusiya Azərbaycana silah sata bilər»


İlham Əliyevin Moskva səfərinə Rusiyanın aparıcı qəzetlərindən biri olan «Kommersant» yer ayırıb
İlham Əliyevin Moskva səfərinə Rusiyanın aparıcı qəzetlərindən biri olan «Kommersant» yer ayırıb
İlham Əliyevin Moskva səfərinə Rusiyanın aparıcı qəzetlərindən biri olan «Kommersant» da öz səhifələrində yer ayırıb.

Qəzet yazır ki, Rusiya enerji sahəsində danışıqlarla yanaşı həm də Qarabağ danışıqlarında təşəbbüslərini davam etdirir. İyunda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Qarabağ sammitinin keçirilməsinə hazırlıq gedir.

Bunun həmin şəhərdəki iqtisadi forum çərçivəsində təşkili planlaşdırılır. «Kommersant» yazır ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil ölkələrin toplantısında iştirak edən Rusiyanın xarici işlər naziri Lavrov Ermənistan prezidentinin həmin görüşdə iştirakına razılıq alıb. Hərçənd Ermənistan prezidentinin ofisindən deyiblər ki, Sarkisyanın sammitdə iştirakı onun Rusiyaya gələn həftənin axırındakı səfərində tam dəqiqləşəcək. Qəzet yazır ki, eyni məsələ Medvedevlə Əliyevin də görüşünün müzakirə mövzusudur.

«Kommersant» yazır ki, iyundakı sammit Rusiyanın təşəbbüsü əldən verməmək, bir növ Qərb ölkələrinin problemin həllində vasitəçilik cəhdlərinə cavabdır. Çünki mayda Avropa Birliyinin təşəbbüsü ilə Praqada «Şərq Əməkdaşlığı» Planı sammiti çərçivəsində də İlham Əliyevlə Serj Sarkisyanın görüşü planlaşdırılıb.

Qəzet iddia edir ki, əgər Ermənistan və Azərbaycan Rusiyanın vasitəçilik təkliflərindən istifadə etsələr, hər ikisini mükafat gözləyə bilər. Qlobal iqtisadi böhrandan əziyyət çəkən Ermənistana maliyyə yardımı edilə bilər. İllərdir Rusiyadan silah, xüsusən də tank, top, tank əleyhinə silah və zenit-raket qurğuları almaq istəyən, amma Ermənistanla münaqişəyə görə Moskvanı buna razı sala bilməyən Azərbaycan isə nəhayət ki bu istəyinə çata bilər.

Qəzet ehtimal edir ki, Azərbaycanın bu istəyinə ilkin olaraq elə Medvedevlə Əliyevin görüşündə «yaşıl işıq» yandırıla bilər. Hər halda bu «Kommersant»ın iddialarıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG