Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:53

Belorus lideri İtaliyaya Papa Benediktlə görüşə gedir


Belorus prezidenti Aleksandr Lukaşenko aprelin 26-da İtaliyaya gedib Roma Papası ilə görüşməyi planlaşdırır. İtaliyanın Xarici İşlər naziri Franko Frattini bildirib ki, o da Lukaşenko ilə görüşmək istəyir.

Vatikan da Belorus prezidentinin aprelin 27-də Papa Benediktlə görüşməyinin mümkün olduğunu bildirib.
Qərb Aleksanr Lukaşenkonu insanh haqlarını pozmaqda ittiham edir.

Ötən ilə qədər onun Avropa Birliyinin səyahətinə məhdudiyyət qoyulmuşdu. Lukaşenkonun qərb ölkəsinə sonuncu rəsmi səfəri 1995-ci ildə Fransaya olub. Ondan sonra Belorus prezidenti BMT-nin tədbirləri üçün Nyu-Yorka və bəzi Avropa ölkələrinə qeyri-rəsmi səfərə gedib.
XS
SM
MD
LG