Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

Azərbaycanın qazını Rusiyaya satması üçün razılaşmaya az qalıb


Prezident Dmitri Medvedevlə onun azərbaycanlı həmkarı İlham Əliyev birgə mətbuat konfransı, 17 aprel 2009
Prezident Dmitri Medvedevlə onun azərbaycanlı həmkarı İlham Əliyev birgə mətbuat konfransı, 17 aprel 2009
Rusiya prezidenti Dmitri Medvedev deyir ki, yaxınlarda Azərbaycandan qaz alınmasına dair müqavilə imzalana bilər. O, bu barədə aprelin 17-də Moskvada Azərbaycan prezidenti ilə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında məlumat verib.

Medvedev qaz alınmasına dair tam müqavilənin imzalanması üçün indi çox böyük irəliləyişlər olduğunu deyir:

- Şirkətlər birbaşa danışıqlar aparırlar. Artıq bir müddətdir ki, bu danışıqlar gedir. Mənim fikrimcə, tam razılaşma əldə etmək üçün bizim çox yüksək şanslarımız var. Əlbəttə, hər iki ölkənin və hər iki tərəfdən şirkətlərin kommersiya maraqları çərçivəsində.

Azərbaycan prezidenti İlham Əliyev də deyib ki, qazın Rusiyaya verilməsi başqa alternativlərlə müqayisədə daha az miqdarda əlavə investisiya tələb edir. Prezident bildirib ki, arada tranzit ölkə yoxdur və kəmərlər artıq qaz nəqlinə hazırdır:

- Bizim tərəfdən qaz sahəsində əməkdaşlığa dair heç bir məhdudiyyət yoxdur və ola da bilməz. Azərbaycan üçün bu öz qazının ixracı yollarının müxtəlifləşdirilməsinin bir elementidir. Hazırda Azərbaycan qazı Avropa istiqamətində ixrac olunur. Əlbəttə, başqa ölkələr kimi qaz ixraçının müxtəliflərşdirilməsi və yeni bazarlar axtarışı Azərbaycan üçün də böyük maraq kəsb edir.

Bu görüşdən bir qədər əvvəl hər iki ölkə 2010-cu ildə Azərbaycan qazının Rusiyaya verilməsi barədə ilkin razılaşma əldə ediblər. Qazın Moskvaya satılması Avropa Birliyinin çəkməyi planlaşdırdığı və Azərbaycanla birlikdə Orta Asiya qazının da Avropaya çatdırılmasını nəzərdə tutan Nabukko kəmərini heçə endirə bilər.

AB Rusiyadan yan keçməklə qazı Avropaya ötürmək üçün nəzərdə tutulan bu kəmərlə özünün Moskvadan qaz asılılığını aradan qaldırmağa çalışırdı.
XS
SM
MD
LG