Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:40

İşçilər rəhbərlərini girov götürürlər


Fransada işsizlik 8 faizdir, bu da son iki ildə ən yüksək göstəricidir
Fransada işsizlik 8 faizdir, bu da son iki ildə ən yüksək göstəricidir
«Özünün inqilabi tarixi ilə fəxr edən fransız xalqı iqtisadi böhranın yaratdığı qəzəblərini çıxmaq üçün yaradıcı bir yol tapıblar. Onlar öz rəhbərlərini girov götürürlər. Son həftələrdə ona yaxın zavodda qəzəbli işçilər artan işsizlik və pisləşən iqtisadi vəziyyətə etiraz olaraq menecer və sahibkarları həbs ediblər».

«Vaşinqton Tayms»da dərc olunmuş Elizabet Briantın «Fransızlar öz menecerlərini girov götürürlər» adlı yazısında belə deyilir.

Yazıda bildirilir ki, aprelin 16-ı Fransanın şimal-qərbində «FM Logistik» firmasının 125 işçisi toplantı keçirən menecerlərin otağına daxil olaraq onların 5-ni girov götürüblər. Axşam onlar girovlardan ikisini - balaca uşaqları olan iki qadın icraçını azad ediblər. İşçilər deyiblər ki, onlar bir il müddətində danışıqların heç bir nəticə verməməsinə qəzəbləniblər.

Müəllif yazır ki, bir çox hallarda fransızların öz rəhbərlərini saxlamaları nəticəsini verib. Belə ki, keçən həftə Fransanın cənub-qərbində Britaniyaya məxsus «Skapa» yapışqan fabrikinin işçiləri üç icraçı direktoru həbsə almışdılar. Direktorları yalnız müvəqqəti uzaqlaşdırılmış işçilərin yarısına 2.5 milyon dollar dəyərində yardım paketi verməkdə razılıq alındıqdan sonra azad ediblər.

CGT Ticarət Birliyinin üzvü Kristofer Buqre deyib ki, «biz onları saxladıq və onlar yaxşıca dərslərini aldılar, bu, yaxşı oldu». Lakin işçilər tərəfindən saxlanan menecerlər öz xatirələrini Buqre qədər sevinclə bölüşmürlər.

Yazıda deyilir ki, menecerlərin saxlanmasına Fransa prezidenti Nikola Sarkozi kəskin cavab verib və deyib ki, ölkənin qanunları var və o, bu işin belə davam etməsinə icazə verməyəcək.

Lakin fransızların çoxu menecerlərin bu cür saxlanmasını dəstəkləyir, ya da heç olmasa başa düşməyə çalışırlar. «CSA» sorğu agentliyinin apardığı sorğunun nəticələrinə görə, fransızların 45 faizi bu cür mübarizə yolunu qəbul edirlər. Başqa bir sorğu agenti olan «İFOP»un apardığı araşdırmanın nəticəsinə görə isə, 30 faiz fransız buna haqq qazandırıb. 60 faiz isə başa düşülən olduğunu deyib. Yalnız 6 faiz pisləyib.

Fransa vətəndaşı, yalnız adını deyən Tomas bildirir ki, zorakılqdan zorakılıq törəyər. Onun sözlərinə görə, fransızların çoxu əfsanəvi Hindistan lideri Qandini oxumayıblar.

22 yaşlı Emmanuel Miranda isə «Vaşinqton Tayms»a müsahibəsində menecerlərin girov götürülməsinə elə də rəğbətlə yanaşmayıb. Deyib ki, onun yanaşması daha çox Amerikasayağı yanaşmadır. Hazırda iş axtaran Emmanuel Miranda fikirləşir ki, rəhbərin oğurlanması elə də düzgün seçim deyil. Çünki bu cür böhranda biznesin də edə biləcəyi bir şey qalmayıb.

Fransada müəllimlər və orta məktəb şagirdləri ayrı-ayrılıqda təhsilə maliyyənin azalmasına etiraz olaraq nümayiş etmişdilər. Universitet tələbələri isə ali təhsildə aparılan islahatlara qarşı oturaq aksiya keçirmişdilər.

Fransız taksi sürücüsü deyir ki, hər xalqın öz xarakteri var, əgər onlar etiraz etməsələr, hökumət onlara qulaq asmayacaq.

«Vaşinqton Tayms»da dərc olunmuş yazıda deyilir ki, Avropanın başqa yerlərində olduğu kimi, Fransa da iqtisadi böhrandan zərbə alıb, əsasən də avtomobil satışı sahəsində. Ölkədə işsizlik 8 faizdir, bu da son iki ildə ən yüksək göstəricidir. Təkcə yanvar və ferval ayında 170.000 adam iş yerini itirib.

Yemək həvəskarı olan fransızlar artıq restoranlara da az gedirlər və dəniz yeməkləri kimi bahalı təamları almaqdan özlərini çəkindirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG