Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:38

Medvedev NATO-nun Gürcüstanda təlim planını əzələ nümayişi adlandırır


Rusiya prezidenti Dmitri Medvedev NATO-nun Gürcüstanda təlim keçmək planını səhv və təhlükəli qərarının hesab edir.

Medvedev bu barədə aprelin dünən Moskvada Azərbaycan prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. O, deyib ki, bu təlim NATO-ya Moskva ilə ötən ilin avqustunda Gürcüstanla müharibə zamanı zədələnmiş əlaqələrin bərpasına kömək etmir.

- Bu cür hərəkətlər bir başa məqsədi əzələ nümayişidir. Qafqazda vəziyyətin kifayət qədər qeyri-sabit olduğu bir dövrdə hərbi amilləri gücləndirir. Bu, Rusiya-NATO əlaqələri baxımından əməkdaşlığa kömək etməyən qərardır.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov da bundan öncə NATO-nu gələn ay Gürcüstanda planlaşdırdığı hərbi təlimin vaxtını dəyişməyə, ya da onu tamamilə təxirə salmağa çağırıb.
XS
SM
MD
LG