Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:36

Avropa Komissiyası qonşuları ilə bağlı hesabat açıqlayacaq


Proqramın icrasına 2009-2013-cü illər üçün 600 milyon avro ayrılıb
Aprelin 23-də Avropa Komissiyası Avropa Qonşuluq Siyasətində iştirak edən ölkələrə dair «2008-ci ildə inkişaf» hesabatını açıqlayacaq.

Qonşuluq Siyasətinin inkişaf tendensiyasını müəyyənləşdirən bu hesabat sayca üçüncüdür və Avropa İttifaqının (Aİ) tərəfdaş və yaxın qonşu saydığı ölkə ilə dialoqun genişləndirilməsi, siyasi əməkdaşlıq, iqtisadi inteqrasiya, insan haqlarının qorunması və azad bazar münasibətlərinin möhkəmləndirilməsi məsələlərini ehtiva edir.

Hesabat həmçinin Avropa İttifaqının altı ölkəyə təklif etdiyi Şərq Tərəfdaşlığı layihəsini də əhatə edəcək.

Mart ayında Avropa İttifaqı «Şərq Tərəfdaşlığı» proqramını təsdiq edərək bu proqrama beş ölkəni (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna) daxil edib. Bir müddət sonra isə 27 Aİ ölkəsi Belarusun da layihəyə qoşulması barədə qərar veriblər.

Proqramın icrasına 2009-2013-cü illər üçün 600 milyon avro ayrılıb. Layihə çərçivəsində enerji əməkdaşlığı, azad ticarət zonalarının yaradılması, tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi və viza rejiminin asanlaşdırılmasına dair danışıqlar aparılacaq.

Avropa İttifaqı artıq Ukrayna, Moldova və Gürcüstanla viza rejiminin asanlaşdırılmasına dair əməkdaşlığa başlayıb.

Layihənin icrasına Şərq Tərəfdaşlığı ölkələri başçılarının mayın 7-də Praqada keçiriləcək ilk sammitində rəsmi qərar veriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG