Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

ABŞ Moldovada həbs olunanların vəziyyətindən narahatdır


ABŞ Moldova hökumətini və müxalifətini aralarındakı ziddiyyəti sülh yolu ilə həll etməyə çağırıb. ABŞ dövlət departamenti öz müraciətində Moldovada hökumət əleyhinə nümayişlərdə həbs olunanlarla pis davranılmasından narahat olduğunu bildirib. Amerika Moldova prezidenti Vladimir Voroninin aprelin 6 və 7 –də nümayişdə iştirak etmiş insanların təqibinə son qoyma çağırışını isə alqışlayıb.

Aprelin 5-dəki parlament seçkilərindən sonra baş verən etiraz nümayişlərində yüzlərlə adam həbs olunub, xeyli sayda xəsarət alan olub.
XS
SM
MD
LG