Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Avropalı diplomatlar Əfqanıstanda media vəziyyətinin pisləşdiyini deyirlər


Avropalı diplomatlar Əfqanıstanda media azadlığının məhdudlaşdırılmasından narahat olduqlarını deyiblər. Avropa ölkələrinin Əfqanıstandakı səfirlərinin birgə bəyanatında bildirilir ki, onlar söz azadlığı sahəsində vəziyyətin tədricən pisləşməsindən, əfqan jurnalistləri və media işçilərinə qarşı olan zorakılıq və hədə-qorxudan narahatdırlar.

Diplomatlar Əfqanıstan hökumətini keçən ilin avqustunda parlamentin qəbul etdiyi yeni media qanunu qüvvəyə mindirməyə çağırıblar.

Bu bəyanat Əfqanıstandakı Avropa Birliyi missiyasının rəhbərləri və Norveç hökuməti tərəfindən açıqlanıb.
XS
SM
MD
LG