Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:15

Hindistanda seçkinin ilk günündə səsverməyə 84 milyon nəfər qatılıb


Hindistanda mərhələli parlament seçkinin ilk mərhələsi başa çatıb. Ümumilikdə Hindistanda 700 milyon nəfərin səsvermə hüquq var. Bugünkü mərhələdə 120 dairədə, 140 milyon seçicidən 60 faizi seçkiyə qatılıb.

Hökumət əsasən maoist üsyançıların fəal olduğu ərazilərdə keçirilən seçiinin təhlükəsizliynə 2 milyona yaxın polis və əsgər cəlb eləmişdi. Amma maistlərin hücumları nəticəsində 17 nəfər öldürülüb.

Hindistanda seçkilər 5 mərhələdə, bir ay ərzində keçirilir.

Budəfəki seçkilərdə əsas rəqiblər hakim Konqres Partiyası və müxalifətdəki Hindu-millətçi Bharatiya Canata partiyalarıdır. Ancaq son rəy sorğularına görə, bi seçkidə partiyalardan heç biri parlamentdə mütləq çoxluğa nail ola bilməyəcək.

543 yerlik Hindistan parlamentinə seçkinin yekun nəticələri may ayında açıqlanmalıdır.
XS
SM
MD
LG