Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:46

Mahal İsmayıloğlu: «Məhkəmə birtərəfli qaydada gedir»


Mahal İsmayıloğlu
Mahal İsmayıloğlu
Aprelin 16-da Abşeron rayon Məhkəməsində «Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun işi üzrə məhkəmə baxışı keçirilib. M.İsmayıloğlunun «Azadlıq» radiosuna bildirdiyinə görə, iclasda tərəflər dinlənilib. O, iddia olunan əməlin törədildiyi gün hadisə yerində olmadığı barədə məhkəməyə sübutlar təqdim edib:

«Mən həmin vaxt şəhərdəki evimdən internet vasitəsilə «Yeni Müsavat» qəzetinə və bir agentliyə məlumat ötürmüşəm. Bu barədə kompyuter qeydinin surətini, həmsinin araşdırmanı asanlaşdırmaq üçün qoşulduğum provayderin kartını məhkəməyə təqdim etdim. Bütün bunlara baxmayaraq, məkəmə birtərəfli qaydada gedir və məni günahlandırmağa xidmət edir».

M.İsmayıloğlunun sözlərinə görə, növbəti iclas mayın 5-i saat 15-də keçiriləcək.

Keçmi baş redaktora qarşı cinayət işi Novxanıdakı bağ evinin qonşuluğunda çalışan xadimənin iddiası üzrə qaldırılıb. Xadimə iddiasında jurnalistin fiziki və mənəvi zorakılığına məruz qaldığını bildirir. M.İsmayıloğlu isə hesab edir ki, bütün bunlar siyasi sifarişdir. Hakimiyyət ondan hakimiyyəti tənqid edən köşə yazılarına görə qisas alır.

Əgər proses iddiaçının xeyirinə başa çatsa, Mahal İsmayıloğlunu 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG