Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Ermənistanla Türkiyə münasibətlərin bərpasına dair sənəd imzalamadı


Ermənistanla Türkiyə arasında münasibətlərin bərpası və sərhədlərin açılmasıyla bağlı heç bir sənəd imzalanmayıb. Amma bu yaxın gələcəkdə baş verə bilər.

Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan aprelin 16-da, Yerevanda Türkiyənin Xarici İşlər Naiziri Əli Babacanla görüşdən sonra belə deyib:
"Deyə bilərəm ki, Ermənistan Türkiyə münasibəltərinin bərpasına dair bugün heç bir sənəd imzalanmayacaq. Danışıqlar davam edir və biz irəliləyişlərə nail oluruq. İnanırıq ki biz çox yaxın ola bilərik və bu problemləri də yaxın gələcəkdə həll edə bilərik"

Yerevanda olan Azərbaycan Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev isə deyib ki, Ankarayla-Yerevan arasındakı danışıqlar onların öz işidir Amma Bakı bu məsələlərin Azərbaycanın milli maraqlarına da uyğun inkişafında maraqlıdır:

Mahmud Məmmədquliyev deyib ki, "Birincisi, Türkiyəylə-Ermənistan arasındakı danışıqları biz bu iki ölkənin öz işi kimi qiymətləndirirk. Və bizim mövqeyimiz ondan ibarətdir ki, biz hansısa ölkələrin daxili işlərinə qarışmırıq. Amma burda Azərbaycanla Ermənistanın münasibətlərini də nəzər alanda, biz baş verənləri diqqətlə izləyirik. Və bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistanla-Türkiyənin münasibətlərinin bərpası ancaq Azərbhaycanla ermənistan arasındakı münaqişənin həlliylə bağlı olmalıdır."

Mahmud Məmmədquliyev və Türkiyənin Xarici İşlər Naziri Əli Babacan bu gün Yerevana gediblər. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin növbəti toplantısında iştirak eləmək üçün.
XS
SM
MD
LG