Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:20

İlham Əliyev hansı qəzeti oxuyur?


Hakimiyyətə gələndən sonra prezidentin özü hər hansı bir yerli qəzetə müsahibə verməyib
Hakimiyyətə gələndən sonra prezidentin özü hər hansı bir yerli qəzetə müsahibə verməyib
Mətbuat da nəhayət ki, hökumətin yadına düşdü. Dövlət başçısı KİV-ə dəstək fondu üçün vəsait ayırdı. İndi qəzet redaktorları bir yerə toplaşıb ayrılmış vəsaitin necə bölüşdürüləcəyi ilə bağlı müzakirələr aparırlar. Artıq çoxdan müstəqil mətbuatın nümayəndələrinin bir qismi veriləcək vəsaitin ancaq iki aylıq maaşa çatacağını demişdilər. Elə bu səbəbdən hakimiyyətə bununla bağlı siyasi dividentlər bəxş etmək adi məntiqə belə uyğun deyil. Daha yaxşı olardı ki, hakimiyyət söz azadlığı yolundakı özünün yaratdığı maneələri ləğv etsin, jurnalistlərə qarşı münasibətlərini dəyişsinlər.

Həbsdəki jurnalistlərin hamısının azadlığa çıxması mətbuat üçün daha böyük hədiyyə olardı. Mətbuata nə lazımdır ki?

Hər hansı problemi maneəsiz, azad şəkildə ifadə etmək üçün imkan, eləcə də açıq reklam bazarı!

Mətbuat da digər iqtisadi qruplar kimi biznes fəaliyyəti ilə məşğul olmalıdır. Digər ölkələrdə mətbuat təkcə qəzet satışından gəlirlə dolanmır. Həmin ölkələrdə sərbəst və açıq reklam bazarı var və mətbuat da bundan faydalana bilir.

Azərbaycanda isə hakimiyyətin reklam bazarında yaratdığı maneələr var. Bu maneələr aradan qaldırılsa, bəlkə nəyinsə dəyişəcəyinə ümid etmək olardı.

Amma bundan ötrü milli mətbuata ölkənin liderlərinin münasibəti dəyişməlidir. Siz ölkə başçısının, birinci xanımın, ölkənin sayılıb seçilən adamlarının hansısa mustəqil (hətta qeyri-müstəqil) qəzeti oxuduğundan xəbərdarsınızmı?

Hələ qəzet oxumaları bir tərəfə...Hakimiyyətə gələndən sonra prezidentin özü hər hansı bir yerli qəzetə müsahibə verməyib, hər halda bu haqda heç nə eşitməmişik. Məmurlar da bundan istifadə edərək qapılarını jurnalistlərin üzünə bağlayıblar.

Məmurlar bilməlidirlər ki, ölkədə qəzetlərin çoxluğu heç də söz azadlığının mövcud olmasına dəlalət etmir. Sovetlərin vaxtında az qala hər bir qəsəbənin öz qəzeti var idi. Amma bu, o demək deyil ki, həmin vaxt söz azadlığı mövcud olub.

Eləcə də məmurlar onu da bilməlidirlər ki, yüksək statuslu dövlət və siyasət adamları üçün tənqidin sərhədləri geniş olmalıdır. Bu, Avropa İnsan Haqları Məhkəməsinin qətnamələrində ifadə olunub.

Pulu kim verirsə, musiqini də o sifariş edir. Ona görə, dövlət yardımının ardınca hökumətdən hansı sifarişin gələcəyi barədə düşünmək lazımdır.

Yardımın sifariş haqqı olmadığını isə xoş niyyət nümayiş etdirməklə sübut etmək olar. Məsələn, Azərbaycanda məhbus jurnalist olmasa...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG