Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 20:50

İran Ermənistana köməyə gəlir


Prezident Mahmud Əhmadinejad ermənistanlı həmkarı Serj Sarkisyanla. Tehran, 13 aprel 2009
Prezident Mahmud Əhmadinejad ermənistanlı həmkarı Serj Sarkisyanla. Tehran, 13 aprel 2009
Ermənistan təkcə Türkiyə ilə sərhədin açılmağına ümid edib oturmur. Ermənistan prezidentinin İrana səfərində imzalanmış 8 saziş bu ölkənin xarici ticarətinə böyük təkan verməlidir.

Serj Sarkisyanla Mahmud Əhmədinejadın imzaladığı bu sazişlərdən birincisi İrana gedən 470 km-lik dəmiryolunun tikintisini nəzərdə tutur. İkinci saziş Ermənistan mallarının İrana eksportunu yüngülləşdirir.

Hazırda Azərbaycanın və Türkiyənin iqtisadi blokadada saxladığı Ermənistanın dünya ilə bir böyük dəmiryolu əlaqəsi var, o da Gürcüstan vasitəsilədir. Ancaq bu yol Gürcüstanla Rusiyanın münasibətlərindəki gərginliyə görə etibarlı hesab oluna bilməz.

İndi Ermənistan və İran 2 milyard dollar qoyub 5 ilə dəmiryolu çəkmək istəyirlər.

Maraqlıdır ki, «Eurasia View» internet məcmuəsinin yazdığına görə, bu 2 milyard dolların haradan tapılacağı Sarkisyanın İran səfərində heç müzakirə mövzusu olmayıb.

O da maraqlıdır ki, Ermənistanı təcriddən çıxarmağa İran öz ərazisini verir, Rusiya isə deyəsən pulu. Serj Sarkisyan deyib ki, dəmiryolunun tikintisinə Rusiya kapitalı cəlb oluna bilər.

Yerevanda bir sıra təhlilçilər İranla bağlanmış sazişləri Ermənistan üçün tarixi addım hesab edirlər. Ancaq Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan deyir ki, indiki qlobal böhran şəraitində xüsusilə Rusiyanın pul qıtlığı yaranıb. Ona görə demək çətindir ki, bu gün verilən sözlər sabah yerinə yetiriləcəkmi.

Yerevandakı Noravank Fondunun eksperti Sevak Sarıxanyan isə deyir ki, İranla əlaqələri gücləndirən Ermənistan özünü sığortalayır. Əgər Türkiyə sərhədi açmasa, Yerevanın İran tərəfdən Yaxın Şərqə və İran körfəzinə yolu açılır. Onda pul tapmaq problem olmayacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG