Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:35

Beynəlxalq nüvə müfəttişləri Şimali Koreyanı tərk edirlər


BMT və ABŞ-ın nüvə müfəttişləri Şimali Koreyanı tərk edirlər. Bundan əvvəl Şimali Koreya beynəlxalq müfəttişləri Yangbondakı nüvə obyektindən çıxarıb və plutoni partlaycısını yenidən hazırlamağı planlaşdırdığını bəyan edib.

Diplomatlar deyiblər ki, müfəttişlər obyektdəki bütün möhürləri və girəcəkdəki kameraları söküblər.

BMT-nin Təhlükəsizlik Şurası bundan əvvəl Şimali Koreyanın raket sınağı keçirməsini pisləmişdi.

ABŞ Dövlət Departamenti müffətişlərin çıxarılmasını «geriyə doğru addım» adlandırıb və bildirib ki, bu Şimali Koreyanı daha çox təcrid edəcək.
XS
SM
MD
LG