Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 14:19

Kərkükdə 10 polis öldürülüb

İraqın Kərkük şəhərində törədilmiş partlayış nəticəsində azı 10 polis həlak olub, 12 polis və 7 mülki sakin isə yaralanıb.

Hakim dairələr hesab edir ki, partlayş nəticəsində ölənlərin sayı arta da bilər.

Xəbər verilir ki, intiharçı idarə etdiyi minalanmış maşını polisləri aparan avtobusun ötdüyü yolda partladıb.
XS
SM
MD
LG