Hindistanda ötən il Mumbai terror hadisəsilə əlaqəli olmaqda günahlandırılan yeganə sağ qalmış şəxsin məhkəməsi təxirə salınıb. Hakim bu gün təqsirləndirilən şəxsin vəkilinin prosesdən uzaqlaşdırıldığını elan edib. İddia olunur ki, onun şahidlərdən biri ilə şəxsi əlaqələri var, bu isə maraqların toqquşmasına gətirib çıxarır.
İstintaqın araşdırmasına görə, təqsirəndirilən Pakistan vətəndaşı Ajmal Kasab Mumbaiyə hücumu təşkil edən 10 basqınçıdan biri olub. Həmin hücum zamanı 160-dan çox insan həlak olub.
Ajmal Kasab Laşrak-e-Tayba ekstremist qrupunun üzvüdür. Günahı sübuta yetirilərsə onu ölüm cəzası gözləyir.