Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

Somali dəniz quldurlarının daha bir basqını


Somali dəniz quldurları Hind okeanında daha bir amerika gəmisinə basqın edib. Bu, son bir həftədə ikinci basqındır. Liberty Sun yük gəmisinin sahibi – şirkətin nümayəndəsi deyib ki, pirat katerlər mal daşıyan gəmiyə hücum edib və avtomatla atəşə tutublar, qumbara atıblar. Amma dəniz quldurları gəmini ələ keçirə bilməyiblər.

Liberty Sun yük gəmisinin ekipajı ABŞ hərbi gəmisini köməyə çağırıb. Bundan öncə amerika gəmisinə hücum zamanı üç dəniz qulduru öldürülmüşdü. Onların nümayəndəsi demişdi ki, bu itkinin qisasını alacaqlar.

XS
SM
MD
LG