Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 20:21

«Sərhədsiz Reportyorlar» AXCP-nin piketində jurnalistlərin həbsi barədə bəyanat yayıb


Qərargahı Parisdə yerləşən «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatının iyunun 12-də yaydığı bəyanatda qeyd olunur ki, ötən cümə günü AXCP-nin piketində bir neçə jurnalist saxlanıb və bir qədər sonra buraxılıb. Sənəddə bildirilir ki, iyunun 9-da AXCP-nin bir qrup fəalı «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin oğurlanması və döyülməsinə etiraz olaraq aksiya keçirib.


Mayın 30-da isə bir qrup jurnalist belə bir aksiya keçirmişdi.


Təşkilatın mövqeyinə görə, yerli və beynəlxalq təzyiq nəticəsində Daxili İşlər Nazirliyi mayın 23-də bildirib ki, cənab Həziyevə hücum araşdırılacaq.


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev mayın 19-na keçən gecə evinə gedərkən naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb. Faktla bağlı cinayət işi açılıb, işin istintaqını Abşeron Rayon Polis Şöbəsi aparır.


Hazırda Bahəddin Həziyev müalicə olunur.


XS
SM
MD
LG