Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:30
Prezident İlham Əliyev «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı»nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Yeni proqram ölkənin təbii və əmək potensialından səmərəli istifadə edilməsi ilə qeyri-neft sektorunun inkişafını nəzərdə tutur.

Fərmanda deyilir ki, proqram infrastrukturun daha da yaxşılaşdırılmasını, sahibkarlığın inkişafının sürətləndirilməsini, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasını, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılmasını, eləcə də məşğulluğun təmin olunmasını və yoxsulluğun azaldılmasını nəzərdə tutur.

Bundan əvvəl də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı həyata keçirilib. Prezident İlham Əliyev deyib ki, 2003-2008-ci illəri əhatə edən proqramda qarşıya qoyulan məsələlər öz həllini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG