Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:15

Quantanamodan dustaq «Əl-Cəzirə»yə zəng edib


Amerikanın Quantanamo həbsxanasında saxlanan və terrorizmə bağlılıqda günahlandırılan dustaq «Əl-Cəzirə» televiziyasına zəng edib. Məlumata görə, Çaddan olan 21 yaşlı dustaq – Məhəmməd əl-Qarani onunla pis davranıldığından şikayətlənib, deyib ki, onu dəyənəklə döyüblər, gözyaşardıcı qazla zəhərləyiblər. «Əl-Cəzirə»nin məlumatına görə, dustaq ailəsinə zəng etmək hüquqdan istifadə edib, amma ailəsi əvəzinə televiziyaya zəng edib.

Quantanamo həbsxanasının rəhbərliyi bu iddiaları rədd edib.

7 ildir həbsxanada yatan Məhəmməd əl-Qarani Amerika məhkəməsinin qərarı ilə tezliklə azadlığa çıxmalıdır. Onun «Əl-Qaidə» və Talibanla əməkdaşlıq etməsinə dair kifayət qədər dəlil tapılmayıb.

XS
SM
MD
LG