Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 19:59

ABŞ Şimali Koreyanın qərarını pisləyib


Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə proqramı ətrafında beynəlxalq danışıqları boykot etmək qərarını pisləyib. Bundan öncə Şimali Koreya elan edib ki, onun son raket sınağını BMT-nin pisləməsinə etiraz olaraq nüvə proqramı ətrafında altıtərəfli danışıqları boykot edir.

ABŞ-ın dövlət katibi Hillari Klinton Şimali Koreyanın qərarını «lüzumsuz» adlandırıb, əlavə edib ki, Birləşmiş Ştatlar vəziyyəti öz müttəfiqlərilə, o cümlədən Şimali Koreya ilə müzakirə etmək ümidindədir.

Bundan öncə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən bildiriblər ki, Pxenyan beynəlxalq nəzarətçilərə ölkəni tezliklə tərk etməyi əmr edib.

XS
SM
MD
LG