Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:30

Ağalar Məmmədov: «Şair bir az avara olmalıdır»


Ağalar Məmmədov
Ağalar Məmmədov
«Şair bir az avara olmalıdır». Filosof Ağalar Məmmədov «Azadlıq» radiosunun «İşdən sonra» proqramında «Azərbaycanda şairlik» mövzusu müzakirə olunarkən belə deyib. Onun sözlərinə görə, incəsənət həqiqət üçün deyil:

«Həqiqətin zülmündən xilas olmaq üçündür. İnsan sevəndə şeir yazır. Niyə? Reallığa uyğun deyil, hallüsinasiyadır. Şeir irrealdır. Çılpaq reallıq şeirə gəlməz. İnsan uçmaq istəyəndə şeir yazar. Şair doğru dediyinə görə şair deyil, əslində, doğru demədiyinə görə şairdir».

Satirik şair Mirzə Sakit isə bildirir ki, şair sərbəst olmalıdır:

«Qalstukda oturub, ciddi sifətdə tər tökməməlidir. Şair əsl demokrat olmalıdır. Mən, şəxsən, tarixdə əsl demokrat Məhəmməd peyğəmbəri hesab edirəm».

M.Sakit hesab edir ki, olmayan şeyi yaxşı mənada yazmaq, kiməsə şeir həsr etmək şairə yaraşmayan işdir, məddahlığın əlamətidir:

Mirzə Sakit
«Saray şairləri cəmiyyət tərəfindən elə saray şairləri kimi də qiymətləndirilib. Hələ onlara dövlət tərəfindən «xalq şairi» adı da verirlər. Amma xalqın şairi var ki, onlara heç bir titul verilmir, amma xalq onları elə belədə sevir. Təəssüflər olsun ki, gözəl qələmi və söz kainatını götürüb mədhiyyəyə həsr edirlər. Bu, çox dözülməz haldır».

A.Məmmədov isə hesab edir ki, saray şairliyi bir qədər ləyaqət məsələsidir, insanlıq problemidir:

«Əgər tanınmış muğam ustamız prezidentə mədhiyyə oxuyursa...Onun buna heç ehtiyacı da yoxdur. Bu, artıq bir qədər ləyaqət məsələsidir, insanlıq problemidir. Saray şairlərindən biri müsahibəsində deyirdi ki, «mən 40 il kirayə qaldım, heç kim qapımı axtarıb tapmırdı. İndi əlim çörəyə çatıb, üstümə düşmüsünüz?» Bu da insan taleyidir. Bu insan kimi yaşaya bilmir, 2-3 dənə şeir yazıb, yazığın əli ətə çatıb. Mən şəxsən, istəmirəm o ac qalsın. Cəhənnəmə, qoy şeirini desin. Bu, onun yeganə qazanc yoludur. Dindarlar var ki, dindən istifadə edir. İnsan belə varlıqdır. Ölkədə onsuz da hər şey alınıb-satılır. Haraya baxırsan «satılır» yazılıb».

Buna da bax:

XS
SM
MD
LG