Dörd kişini döyməkdə ittiham olunan Səyyarə Heydərovanın məhkəməsi nəhayət ki, baş tutub. S.Heydərova «Azadlıq» radiosuna bildirib ki, aprelin 14-də Bakının Suraxanı rayon Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyilə keçirilən prosesə zərərçəkənlərdən üçü gəlib: «Dördüncü zərərçəkən isə həbsxanada olduğu üçün onun mühafizəçiylə gətirilməsinə ehtiyac var».
S.Heydərova deyir ki, məhkəmədə şahidlərdən biri ifadəsini xatırlaya bilmədiyi üçün prokuror onun istintaqa verdiyi ifadənin oxunmasını istəyib:
«Amma mən vəsatət qaldırıb buna etiraz etdim. Hakim Nurəddin Mustafayev də bu vəsatəti təmin etdi».
Növbəti məhkəmə prosesi aprelin 21-də keçiriləcək.
S.Heydərova ədalətli məhkəmə tələbi ilə aprelin 8-dən aclıq aksiyasına başlayıb. O, «Azadlıq» radiosuna bildirib ki, ölkə başçısı aksiyasına reaksiya verməyənədək aclığı davam etdirəcək.
S.Heydərova bir müddət əvvəl də aclıq aksiyası keçirib.