«Siyahıyaalınma prosesində ən narahatedici sual - dəqiq məlumatların əldə olunmasıdır. Qaydalara görə, bu proses zamanı ölkədə müvəqqəti olmayanlar belə siyahıya alınacaq».
Şəhər inkişafı üzrə ekspert Fuad Cəfərli «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. O bildirir ki, başqa ölkələrin təcrübəsində, siyahıyaalınma gedəndə əhali bir gün evdə oturur:
«Məsələn, Türkiyədə müəyyən saatlarda evdən çıxmaq olmaz. Hər kəs də özü haqda bir-bir informasiyaları verir. Sonradan, bir il ərzində həmin məlumatlar təhlil edilib ictimaiyyətə açıqlanır. Yəni, qanunauyğunluq nəzərə çarpır».
F.Cəfərli siyahıyalınma zamanı tətbiq olunacaq metodologiyadan narahatdır:
«Azərbaycana gəlib-gedənlər, təbii miqrasiya var. Bütün bunların hamısını dəqiq ölçmək qeyri-mümkündür. Hər hansı metodologiya buna kömək edə bilməz. Sadəcə, təxmini ölçülər bəlli olacaq - şəhərə nə qədər avtomobil daxil olub və s. Hətta bunu da dəqiq ölçmək olmur».
F.Cəfərli artıq 2-3 ildir ki, Bakının real əhali sayı ilə maraqlandığını deyir:
«Mən bir hesablama apardım. Həmin hesablama rəsmi rəqəmlərlə üst-üstə düşmür. Fərqi isə qeydiyyata düşməyən əhali təşkil edir. Bakı hazırda 3 milyonluq şəhərə bənzəyir. Real statistika üzə çıxmalıdır. Bu siyahıyaalınmadan çox şey məlum olacaq. Paytaxtın inkişafı üçün bu çox önəmli məsələdir».
F.Cəfərli bildirir ki, iqtisadi böhrana görə, artıq Rusiya və Ukraynadan qayıdanlar var:
«İnanmıram ki, nəticədə əhalinin faktiki sayı 8 milyondan az olsun. İqtisadi böhrana görə, artıq Rusiya və Ukraynadan qayıdanlar var. Qalanları da qayıdacaq. Belə deyim var ki, «gedirlər qayıtmaq üçün».