Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:40

MTN Müdafiə nazirinin müavinini həbs eləyib


Qazaxıstanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) müdafiə nazirinin müavinini 2006-cı ildə İsraillə bağlanan silah alqı-satqısı haqda müqalivəyə görə
həbs eləyiblər.

Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyi bəyan eləyib ki, Müdafiə-nazirinin müavini, General-leytnant Kajimurat Mayermanov “dövlət əmlakından sui-istifadə və vəzifə səlahiyyətlərini aşmağa” görə həbs olunub.

Generalı İsrail firmalarıyla müasir artilleriya hərbi texnikasının alınmasına görə bağlanan müqavilələrdəki pozuntulara görə ittiham eləyirlər. 190 milyon dollarlıq müqaviləyə əsasən İsrail şirkəti Qazaxıstanda yardımçı hissələrin istehsalına da yardım etməliydi.

Ancaq MTN_in sözçüsü Kenjebulat Bexazarovun sözlərinə görə, istehsal olunan məhsulun 80 faizi “yararsız” çıxıb və bu da dövlətə 82 milyon dollar zərər vurub.
XS
SM
MD
LG