Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

İran nüvə proqramıyla bağlı Qərblə danışıqlara hazırdır


İran nüvə proqramıyla bağlı böyük altılıqla “konstruktiv dialoqa” hazırdır. İranın dövlət mediasının yadığı xəbərə görə, ölkəni nüvə proqramıyla bağlı danışıqlarda təmsil edən Səid Cəlili Avropa Birliyinin Xarici Siyasət idarəsinin başçısı Xavyer Solanayla telefon danışığında belə deyib.

ABŞ ötən həftə rəsmən bəyan elmişdi ki bundan sonra İranla nüvə danışıqlarında Britaniya, Almaniya, Fransa, Çin və Rusiyayla birgə iştirak eləyəcək.

Danışıqların məqsədi İranı nüvə proqramından – uranı zənginləşdirməkdən çəkindirməkdir. Əvəzində bu altılıq İrana iqtisadi güzəştlər vəd eləyir.

Ötən həftə İran Prezidenti Mahmud Əhmədinejat demişdi ki, İran danışıqlara hazırdır. Amma ölkəsinin haqlarına hörmətlə yanaşan təklifləri gözdən keçirəcək.

İran mediasının xəbərinə görə, Tehran "altılığ"ın nüvə proqramıyla bağlı təkliflərinə bu həftə rəsmən cavab verəcək.
XS
SM
MD
LG