Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 21:26

Kür çayında sahilbərkitmə işləri aparılır


Məqsəd yaz aylarında suyun səviyyəsinin qalxması nəticəsində hər il yaranan daşqınların qarşısını almaqdır. Artıq Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində sahilbərkitmə və bənd qurma işləri aparılır.

Qazax rayon 2-ci Şıxlı kənd icra nümayəndəsi İsa Tanrıverdiyevin verdiyi məlumata görə, Kür çayı kənd ərazisində 7 km məsafə qət edir. Bu uzunluq boyunca bəndqurma işləri artıq başa çatdırılıb.

Qazax rayonunun adıçəkilən kəndlərində yaz aylarında Kür çayı daşdığı zaman hektarlarla əkin sahəsi su altında qalır.
XS
SM
MD
LG