Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 17:34

Moldovada səslər bir günə təkrar sayılacaq


Moldovada seçicilərin səsləri aprelin 15-də, bir günə sayılacaq. Mərkəzi Seçki Komissiyasının iclasında aprelin 13-də belə qərar verilib.

Komissiyanın sədri Yevgeniy Ştirbu deyib ki, aprelin 5-də keçirilən səsvermənin seçici bülletenləri dairə seçki komissiyalarında, müşahidəçilərin nəzarəti altında təkrar sayılacaq və aprelin 16-da yenidən Mərkəzi Seçki Komissiyasına veriləcək.

Moldovada müxalifətin kütləvi aksiyalarından və polislə toqquşmalarından sonra Konstitusiya Məhkəməsi prezidenti müraciətinə əsasən həm seçici siyahılarının yoxlanması, həm də səslərin yenidən sayılmasına qərar vermişdi.

Seçkidə iqtidarda olan Kommunistlərin 50 faizlə qalib gəlməsi açıqlanandan sonra müxalifət tərəfdarlarıyla polis arasındakı toqquşmalarda 200-ə qədər adam yaralanmışdı.
XS
SM
MD
LG