Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 16:55

Dünya Çempionatının gündəliyi


32 komandanın qatıldığı Dünya Çempionatında artıq 4 qrupda ilk turun oyunları geridə qalıb. A qrupuna Kosta- Rikanı yenən Almaniya yığması liderlik edir. Turnirin ilk sensasiyasına imza ataraq A qrupunun favoritlərindən olan Polşanı məğlub edən Ekvador isə ancaq qol fərqinə görə, ikinci sırada yer alıb.


B qrupunun şəriksiz lideri Paragvayı tək qolla yenən İngiltərə yığmasıdır. Favorit göstərilən İsveçlə qrupun autsayderi olacağı iddia edilən Trinidad və Tobaqo qolsuz bərabərə qaldıqlarından bu qrupda 2-3-cü yerləri tuturlar.


C qrupunun favoritləri ilk turda qələbə qazanmağı bacarıb. Argentina – Fil Dişi Sahilini 2-1, Hollandiya isə Serbiya-Çernoqoriyanı 1-0 yendiyi üçün 1-2-ci yerləri bölüşürlər.


D qrupunda da favoritlər ilk turda qələbə qazanıb. İranı 3-1 yenən Meksika millisi qrupda ilk sırada yer alsa da, tunirin ən zəiflərindən sayılan Anqolaya ancaq 1 qol vuran Portuqaliya yığması ikinci sırada qərarlaşıb.


***


İyunun 12-də E qrupunda 2, F qrupunda isə 1 oyun keçiriləcək. Günün ilk oyununda F qrupunun iki komandası Avstraliya və Yaponiya milliləri üz-üzə gələcək. Kayzerslautern şəhərində Bakı vaxtıyla saat 6-da başlayacaq oyuna hər iki komanda optimal heyətlə çıxacaq. Yaponiyanı çalışdıran bir zamanların məşhur oyunçusu braziliyalı Ziko sonuncu yoldaşlıq oyununda Maltanı güc-bəlayla məğlub etmələrinə işarə vuraraq deyib ki, əgər həmin oyundakı kimi oynsalar Avstraliyaya uduzarlar. Avstraliya yığmasının «Liverpul»da oynayan oyunçusu Harri Kyuel isə, oyunla bağlı deyib ki, «Yaponlar böyüк komandadırlar, çünki Dünya Çempionatına gəliblər. Amma bizdə də onlar qədər usta oynçular var». F qrupunun favoriti olaraq göstərilən digər iki komanda - beşqat dünya çempionu Braziliyayla Xorvatiya arasındakı oyun iyunun 13-də keçiriləcək.


***


Bakı vaxtıyla axşam saat 9-da Helzenkirxen şəhərində E qrupunda yer alan Amerika Birləşmiş Ştatları Çexiya millisi ilə qarşılaşacaq. Bryus Arenanın başçılıq etdiyi Amerika yığması çempionata optimal heyətlə gəlməyi bacarıb, zədəsi olan John O`Brayan və Klaudio Reynanın ilk oyunda oynaması ancaq matç saatında bəlli olacaq. Çexiya millisində isə, Nedved və Baroşun zədələri sağalır və hər iki oyunçu komandanın son məşqində yer alıb. Oyunla bağlı amerikalıların baş məşqçisi Bryus Arena bildirib ki, «Avropada çətinə düşəcəyimizi sanmıram. Mart ayında Polşanı məğlub etdik, çətinliklərin öhdəsindən gələ biləcək gücdəyik». Çexiya yığmasına rəhbərlik edən Karel Brüknersə, «açıqlama verəndə təvəzökar olacağıq, meydanda isə güzəşt olmur» - deyib.


***


İyunun 12-də keçiriləcək son maçda E qrupunun favoriti sayılan İtaliya millisi ilk dəfə Dünya Çempionatına qatılsa da, güclü oyunları ilə tanınan Qana millisi ilə qarşılaşacaq. İtaliya yığmasında Qattuzo və Zambrottanın zədə üzündən ilk oyunda forma geyə bilməyəcəyi dəqiqləşib. Yüngül zədəsi olan Nesta və zədədən yenicə qayıdan Tottinin də oynaması sual altındadı. Qana yığmasının bahalı ulduzları - Appya, Kuffur, Muntari Essyen isə oyuna tam hazırdır. İtaliya yığmasının kapitanı - Fabio Kannavaro oyunla bağlı bildirib ki, «Qananın yarımmüdafiəsi çox güclüdür, sürətli və aqressivdirlər. Amma onları dayandırmağım yolunu bilirik». Qananın kapitanı Stefan Appya isə, İtaliyanın üçqat dünya çempionu olmasına işarə vuraraq, müasir futbolda oyunu quru adla udmağın mümkün olmadığını deyib. Və missal kimi, Kamerunun Argentina, Seneqalın isə Fransanı yendiyi sürpriz oyunları yada salıb.


***


İyunun 13-də isə Dünya Çempionatının favoritləri sayılan Braziliya Xorvatiya ilə, Fransa yığması isə İsveçrəylə qarşılaşacaq. İddialılardan sayılmayan Koreya və Toqo milliləri də iyunun 13-də görüşəcək.


XS
SM
MD
LG