Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:35

«Fizulini itirəndən sonra Fizulisiz yaşamağın qeyri-mümkün olduğunu dərk etdim»


Bahar Muradova, 8 iyun 2006
Bahar Muradova, 8 iyun 2006

«Tanınmışlar»ın budəfəki qonağı qadın siyasətçi olsa da tutduğu vəzifəsinə görə kişi siyasətçilərin əksəriyyətini xeyli qabaqlayıb. İşğal olunmuş rayonunu və evlərini tez-tez yuxuda görür. Ötən günlərini həvəslə xatırlayıb keçmişdən gülümsəyərək danışsa da kədərini gizlədə bilmir. Mənsub olduğu partiyanın və üzvü olduğu hakimiyyət qolunun ən yüksək postlarından birini tutan bu xanım hələ uşaq olarkən nə vaxtsa paytaxta gələcəyini və böyük işlərlə məşğul olacağını düşünürmüş. Sonradan arzuları onu Bakıya gətirib çıxardığı kimi çalışqanlığı da məqsədlərinə çatdırıb. Beləliklə, «Tanınmışlar»ın qonağı Milli Məclisin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Bahar Muradovadır.


O düşür ki, siyasətçilər, ictimai xadimlər həmişə mətbuata açıq olmalıdır. Bunu özünün möhkəm qənaəti hesab edir.


Fizulidə sadə ailədə böyüyüb: anası evdar qadın, atası isə el toylarında çıxış edən peşəkar xanəndə olub.


Siyasətə gəlişini isə hər dəfə proseslərin mərkəzində olmaq istəyindən qaynaqlandığını deyir. 1988-ci ildən sonra siyasi proseslərə fəal qoşulan Bahar xanım istər Xalq Cəbhəsi, istərsə də az sonra yaranan partiyalara meyl etməyib. «Özümü sıralarında gördüyü partiya yox idi». Yeni Azərbaycan Partiyası təşkilatlanarkən taleyini bu siyasi qurumla bağlayır.


«O yerdə söz demişəm, o yerdə hərəkətə keçmişəm ki, bunu başqalarından yaxşı etdiyimə əmin olmuşam». Bahar Muradova siyasi karyerasındakı uğurları belə şərh edir: «Məqamında lazım gələn addımı onun hər hansı bir nəticəsini düşünmədən atmışam».


Vəzifə səlahiyyətlərindən istifadə edib yalnız yerlilərinin deyil, bütün müraciət edənlərin problemlərinin həllində onlara kömək etmək istədiyini deyir. Amma yanına şikayətə gələnlərin bir sualını cavablandırmaqda çətinlik çəkir. «Soruşurlar ki, torpağımıza nə vaxt qayıdacağıq. Bu suala cavab vermək həddən artıq çətindir».


Əvvəllər elə fikirləşirmiş ki, Fizulisiz yaşaya bilər, Fizuliyə qayıtmasa da olar. «Amma Fizulini itirəndən sonra Fizulisiz yaşamağın qeyri-mümkün olduğunu dərk etdim».


DİNLƏYİN!


XS
SM
MD
LG