Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 19:39

Papa İsraillə Fələstini barışığa çağırıb


Roma papası 16-cı Benedikt bildirib ki, İsrail-Fələstin münaqişəsini ancaq barışıq yoluyla həll etmək olar. Papa bunu Pasxa münasibətilə çıxışında deyib.

“Barışıq – çətin, amma zəruridir. Bu, gələcəkdə təhlükəsiz və sülh şəraitində yaşamağın əsas şərtidir. Bu yalnız İsrail-Fələstin münaqişəsini həll etməyə yenilənmiş, israrlı və səmimi cəhdlər vasitəsilə mümkün ola bilər” – deyə Papa bildirib.

16-cı Benedikt yaxın həftələrdə Müqəddəs torpağa səfər edəcəyini və oraya “ümid və sülh mesajı” çatdıracağını deyib.
XS
SM
MD
LG