Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Tailandda hökumət əleyhinə nümayişlər genişlənir


Tailandda hökumət əleyhinə nümayişlər getdigcə genişlənir.

Ölkə paytaxtı Banqkok və ətraf qəsəbələrdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Hökumətin istefasını tələb edən nümayişçilər bu gün daxili işlər nazirliyinə soxulmağa cəhd ediblər və məlumatlara görə həmin rayondan atışma səsləri eşidilir.

Müxalifət tərəfdarları hakimiyyətdən uzaqlaşdırılmış keçmiş baş nazir Taksin Şinavatranın yerinə qaytarılmasını tələb edirlər.

Nümayişçilər dünən kurort şəhəri Patayyada ASEAN ölkələrinin sammitini də pozublar.

Sammitə gəlmiş liderlər vertalyotlarla şəhərdən çıxarılıb.
XS
SM
MD
LG